MDB Oyunları: Azərbaycan avarçəkənləri 4 medal qazandı
III MDB Oyunlarında avarçəkmə yarışlarına yekun vurulub.
Aut.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə 4 medal qazanıblar.
Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb. İvan Vorobyanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.
