Bir ildə üç dəfə: Tarixə düşdü
UFC çempionu Merab Dvalişvili Las-Veqasdakı turnirdə qələbə qazanıb.
Aut.az xəbər verir ki, UFC 320-də gürcü döyüşçü yüngül çəkidə kəmərini uğurla müdafiə edib. O, amerikalı Kori Səndhagen üzərində hakimlərin qərarı ilə qalib gəlib.
Dvalişvili üçün bu, 2025-ci ildə üçüncü titul müdafiəsi olub. O, bir təqvim ili ərzində üç müdafiə keçirən yüngül çəkidə ilk döyüşçü və ümumilikdə UFC tarixində belə nəticəyə çatan 8-ci çempiondur.
Gürcü idmançının seriyası artıq 14 ardıcıl qələbəyə çatıb. Bu göstəricidə o, yalnız Kamaru Usman və İslam Maxaçeva (hər ikisinin 15) və Anderson Silvaya (16) uduzur.
UFC 320-dən sonra keçirilən mətbuat konfransında Dvalişvili ilin sonuna qədər daha bir döyüşə çıxmağa hazır olduğunu bildirib.
