Makqreqorun UFC macərası bitib?
16 il təşkilatda yarışan UFC əfsanəsi Mett Braun Konor Makqreqorun perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, o, irlandiyalının daha təşkilatda döyüşməyəcəyini bildirib:
“O, ümumiyyətlə döyüşürmü? Bəlkə də küçə döyüşlərində. Mən belə cavab verərdim. Loqan Paulla döyüşəcəkmi? Yaxşı sualdır. Mən bilmirəm. UFC-də döyüşməyə gəlincə, bu, mütləq yox. UFC icazə verərsə, o, həmişə UFC xaricində döyüşə bilər. Amma UFC-nin bunu dəstəkləyəcəyini bilmirəm. Bu sövdələşmələrin necə olacağını bilmirəm. Amma o, UFC-də olmayacaq. Onun bir daha UFC-də döyüşəcəyini düşünmürəm”.
Qeyd edək ki, 2021-ci ilin iyulunda Konor UFC 264-də amerikalı Dastin Poire ilə üçüncü döyüşündə ayağı sınıb və o vaxtdan bəri heç bir döyüş keçirməyib. Onun hesabında 22 qələbə və 6 məğlubiyyət var.
Aut.az
