Qalmaqal böyüyür: Həkimləri evinə buraxmadı
“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen “Barselona”nın həkimlərini evinə buraxmayıb.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubunun həkimləri almanın əməliyyatdan sonra sağalmasını yoxlamaq üçün qapıçının evinə gəliblər. Lakin Ter Stegen həkimləri evinə buraxmayıb.
Daha sonra o özü müayinədən keçmək üçün klubun bazasına gəlib. Bununla belə, qolkiper gələcəkdə klub rəhbərliyi ilə görüşməyi planlaşdırmır.
Ter Stegen əvvəllər zədəsi ilə bağlı tibbi rəyi imzalamaqdan imtina etmişdi, bu, kluba iyun ayında “Espanyol”dan alınan Joan Qarsiyanı qeydiyyatdan keçirmək üçün icazə verəcəkdi.
Mətbuatda klub rəhbərliyi ilə Ter Ştegen arasındakı mürəkkəb münasibət barədə məlumatlar yayılıb. Səbəblər alman qapıçının klubdan ayrılmaq istəməməsi, həmçinin Ter Ştegenin əməliyyata ehtiyac olması ilə bağlı icazəsiz açıqlaması olub.
Aut.az
