“Barselona” ÇL-ə vəsiqə qazanan ilk komanda oldu
“Barselona” 2026/27 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanan ilk komanda olub.
Aut.az xəbər verir ki, çempionata liderlik edən Hansi Flikin komandası La Liqanın 29-cu turunda “Rayo Valyekano”nu (1:0) məğlub etdi, beşinci yerdəki “Betis” isə “Atletik”ə (1:2) məğlub oldu.
Cədvəldə birinci və beşinci yerlər arasındakı fərq hazırda 29 xaldır və “Betis”in doqquz liqa oyunu qalıb – maksimum 27 xal. Beləliklə, katalonlar ilk dördlükdə yerlərini təmin ediblər.
Aut.az
