Almaniya

“Borussiya” DÇ-də yerini təmin etdi

“Leypsiq” Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra məlum olub ki, “Borussiya Dortmund” 2025-ci ildə keçiriləcək  Klublararası Dünya Çempionatında yerini təmin edib.

Turnirdə Almaniyadan “Bavariya” və “Borussiya”ı iştirak edəcək.

FİFA bu yaxınlarda Klublararası Dünya Çempionatını yeniləyərək onu 32 iştirakçıya qədər genişləndirib.  Avropada 12 komandadan ibarət kvota var. 9 avropalı iştirakçı artıq məlumdur: “Bayern”, “Borussiya”, “Real”, “Çelsi”, PSJ, “Mançester Siti”, “İnter”, “Porto”, “Benfika”.

Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Aut.az