Almaniya

“Bavariya” açıqladı: Onun üçün mövsüm bitdi, əməliyyat olunacaq

“Bavariya”nın və Kanada millisinin müdafiəçisi Alfonso Devis ağır zədə alıb.

Aut.az xəbər verir ki, Devis KONKAKAF Millətlər Liqasında 3-cü yer uğrunda ABŞ-la oyunda (2:1) zədələnib.

O, matçın 12-ci dəqiqəsində meydanı tərk edib.

“Bavariya” Devisin sağ dizindəki çarpaz bağın yırtıldığını və müdafiəçinin bu gün əməliyyat olunacağını açıqlayıb.

İnsayder Fabritsio Romano qeyd edib ki, Devis üçün mövsüm başa çatıb – onun bərpası təxminən 6 ay çəkəcək.

Aut.az