Almaniya

Onun maaşından danışdı – Çoxdur, belə olmaz

“Bavariya”nın sabiq futbolçusu Filip Lam Almaniya millisinin yeni baş məşqçisi Yulian Naqelsmanın maaşından danışıb .

Aut.az xəbər verir ki, Lam bu haqda Lam “The Guardian”dakı köşə yazısında yazıb.

“Deyirlər ki, Flik Almaniya millisini çalışdırarkən ildə 6,5 milyon avro qazanıb. Naqelsmannın eyni iş üçün illik maaşının 4,8 milyon avro olacağı şayiələr var. Bu səhvdir, çox böyük puldur.

Almaniya Futbol Federasiyası yüksək maaşları qəbul etməməlidir. Onlar ildə 2 milyon avrodan çox olmayan məbləğdə təyin edilməlidir.

İldə cəmi 10-15 beynəlxalq oyun keçirilir. Top klublar üç-dörd dəfə çox oyun keçirirlər. Millinin məşqçiləri dörd, hətta altı həftə ardıcıl olaraq ehtiyat oyunçular skamyasında oturmur”, – Lam deyib.

Aut.az