Dünya futbolu

Görün onunla hansı klublar maraqlanırmış

Kiyev “Dinamo”sunun və Ukrayna milli komandasının sabiq qapıçısı Aleksandr Şovkovski onunla vaxtilə hansı Avropa komandalarının maraqlandığını açıqlayıb.

Aut.az xəbər verir ki, əfsanəvi qapıçı bu haqda “instaqram” səhifəsində yazıb:

“Təkliflər dedi-qodu səviyyəsində idi. Çoxlu söhbətlər oldu, “Parma”, “Valensiya”, “Bavariya” və “London Arsenal”ı maraq göstərdi, amma mən həmişə öz yerimdə xoşbəxt idim”.

Aleksandr Şovkovski 1993-2013-cü illərdə Kiyev “Dinamo”sunda çıxış edib və 31 titul qazanıb. Hazırda sabiq qapıçı “Dinamo”nun baş məşqçisinin köməkçisi vəzifəsini tutur.

Aut.az