“Bayern” onun transferini bitirir
“Tottenhem”in hücumçusu Harri Keyn “Bayern”ə keçməyə yaxındır.
Aut.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi hazırda Londondadır və hücumçunun transferi ilə bağlı danışıqlar aparır. Münhen təmsilçisinin rəhbərliyi danışıqların müsbət yekunlaşacağına inanırlar.
Qeyd edək ki, Almaniya təmsilçisinin bu keçid üçün 80-100 milyon avro arasında pul xərcləyəcəyi iddia edilir.
