“Real”ın və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rüdiger qarşıdan gələn Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
Aut.az xəbər verir ki, o, bundestimin turnirin favoriti olduğunu söyləyib:
“Komanda olaraq yaxşı çıxış etməyə və nəticə qazanmağı gözləyirəm. Bunu etsək, o zaman azarkeşlər də bizi dəstəkləyəcək. Ən son beynəlxalq matçlarımıza baxın, hiss olunur ki, biz indi Avropa çempionu ola bilərik. İki ay əvvəl hər şey dağılmışdı.
Komandanın vəziyyəti necə düzəldi? Məşqçinin mütləq düşünməyə çox vaxtı var idi. Komandanın tərkibi isə fərqli idi. Bundan əlavə, meydanda da yaxşı əhval-ruhiyyəyə və tarazlığa ehtiyac var idi. Və təbii ki, “El Professor” (red -Toni Kroosu nəzərdə tutur) qayıtdı”.Xatırladaq ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Aut.az