“Onunla hər saniyədən həzz alıram”
“Arsenal”ın futbolçusu Kai Havertz maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi baş məşqçisi Mikel Arteta ilə işləmək barədə danışıb.:
“Mən bir məşqçi kimi Mikel Arteta ilə hər saniyədən həzz alıram. O, mənə çox yaxşı şey öyrətdi. Xüsusən də komandaya gəldiyim ilk vaxtlarda. Burada olmaqdan çox şadam.”
Qeyd edək ki, Kay 2023-cü ilin yayından “Arsenal”da çıxış edir. Bu mövsüm 24 yaşlı futbolçu bütün mümkün turnirlərdə 49 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
