İngiltərə

Futbolçu həyatının ən ağır anı olub: Mənə elə gəlirdi ki…

“Mançester Siti”nin hücumçusu Cek Qriliş Almaniyada keçirilən Avropa çempionatından sonra hisslərini bölüşüb.

Aut.az xəbər verir ki, Qriliş Avro-2024-ə aparılmamağının futbolçu həyatının ən ağır anı olduğunu bildirib.

“Tətildə olduğunuz zaman, telefonunuzu və ya televizorunuzu hər dəfə yandırdığınız zaman Avropa çempionatını göstərirlər və buna görə də izləməmək çətin idi. Mənə elə gəlirdi ki, komandada olmalıyam. Və hiss edirdim ki, İngiltərə komandasına təklif edəcəyim xüsusi bir şey var. Amma olmadı. Dediyim kimi, bu, bir futbolçu kimi mənim üçün ən çətin an idi. Karyeramda çoxlu eniş-yoxuşlar olub, amma ən ağır an Avropa çempionatına getməməyimdir”, – “Mundo Deportivo” nəşri Qrilişdən sitat gətirib.

Xatırladaq ki, iyunun 6-da İngiltərə yığmasının yekun tərkibi məlum olub. Cek Qrilişin siyahıda yer almaması komanda oyunçularını təəccübləndirib. İngiltərə millisi Avro 2024-ün finalına yüksəlib. Turnirin həlledici oyununda Qaret Sautqeytin yetirmələri İspaniya millisinə 1:2 hesabı ilə yenilib.

Aut.az