İngiltərə

Onlar satılacaq? – Amorim açıqladı

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın futbolçuları Alexandro Qarnaço və Kobbi Mainanın mümkün satışları ilə bağlı məlumatı şərh edib.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu sözləri deyib:

“Maina və Qarnaço kimi oyunçuları saxlamaq istəyirəm. Biz akademiyanı təkmilləşdirməli və oynamaq və formada olmaq üçün daha çox oyunçu gətirməliyik, lakin maliyyə qaydalarına riayət etmək üçün satmalıyıq. Əlbəttə, komandanın Kobbi və Qarnaço ilə növbəti matça hazırlaşmasını istəyirəm”.

Qeyd edək ki, “Çelsi”nin Qarnaço və Maynla maraqlanması ilə bağlı xəbərlər yayılıb.

Aut.az