Şenol Günəş təsdiqlədi: Onun transferi həll olub
“Trabzonspor”un baş məşqçisi Şenol Günəş Ukrayna millisinin və “Şaxtyor”un futbolçusu Aleksandr Zubkovun transferini təsdiqləyib.
“Aleksandr Zubkovun transferi başa çatıb. Təbrik edirəm, o, əla oyunçudur, ümid edirəm ki, komandamıza töhfə verəcək”, – Günəş deyib.
Bu mövsüm Zubkov 21 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. “Şaxtaçılar”ın bu transfer üçün 6,5 milyon avro alacağı, Zubkovun isə 4 illik müqavilə imzalayacağı gözlənilir.
Aut.az
