İngiltərə

Öldürücü ironiya: Necə yatırsan, Erik?

Jurnalist Pirs Morqan İngiltərə çempionatının 35-ci turunda “Vest Hem”lə oyunda “Mançester Yunayted”in məğlubiyyətinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Londonun “Olimpiyski” stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Morqan MY-nin baş məşqçisi Erik ten Haqa ironiya edib.

“Necə yatırsan, Erik?” Morqan “Twitter” səhifəsində yazıb.

Morqan daha əvvəl Kriştiano Ronaldonu klubdan uzaqlaşdırmaq qərarına gəldikdən sonra rahat yatdığını bildirən ten Haqın sözlərinə işarə edərək belə yazıb.

“Mançester Yunayted” hazırda 63 xalla Premyer Liqada 4-cü pillədə qərarlaşıb. Komanda Premyer Liqada keçirdiyi son iki oyunda məğlub olub.

Aut.az