Kloppu təhqir edən homoseksual hakimə bu cəza verildi
İngiltərə Premyer Liqasının keçmiş hakimi Devid Kut Futbol Assosiasiyası tərəfindən 8 həftəlik cəza alıb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 43 yaşlı ingilis “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppun ünvanına işlətdiyi təhqiramiz sözlərə görə xüsusi təhsil proqramı da keçməlidir.
Keçmiş hakimin şərhlərinin videosu keçən noyabrda yayımlandıqdan sonra FA iyun ayında Kuta qarşı ittiham irəli sürdü.
Kutun səhv davranışı Kloppun milliyyətinə istinad edildiyi üçün FA qaydalarının ağırlaşdırılmış pozuntusu kimi müəyyən edilib.
Devid Kut ötən ilin dekabrında Professional Game Match Officials Limited (PGMOL, İngiltərə peşəkar futbol assosiasiyalarında oyunların hakimliyinə cavabdeh orqan) tərəfindən qovulub.
Kut daha sonra homoseksuallığını əsas gətirərək davranışına haqq qazandırmağa çalışıb.
Aut.az
