İngiltərəİspaniya

“Real” “Liverpul”a xəbər göndərdi: Onunla maraqlanmırıq

“Real” “Liverpul” un müdafiəçisi İbrahima Konateni transfer etməyəcək.

Aut.az xəbər verir ki, daha əvvəl Madrid klubunun fransalı futbolçunu gələn yay pulsuz transfer etmək fikrində olduğu bildirilirdi. Bununla belə, “The Athletic”in yazdığına görə, “kral klubu”nun rəhbərliyi “Liverpul”dakı həmkarları ilə birbaşa əlaqə saxlayaraq Konatenin transferində maraqlı olmadıqlarını bildirib.

Konate bu mövsüm Premyer Liqada 12 oyun keçirib.

Aut.az