İspaniya

“El-Klasiko”da sıradan çıxdı

“Real” ciddi itkiylə üzləşib.

Aut.az xəbər verir ki, Madrid klubunun dayaq yarımmüdafiəçisi Orelyen Tuçameni İspaniya La Liqasının “Barselona”yla oyununda (2:1) zədələnib. Bu barədə COPE məlumat yayıb.

Bildirilir ki, “EL-Klasiko”dan sonra tibbi müayinədən keçən fransız futbolçunun sol ayaq sümüyündə sınıq aşkarlanıb. Bu səbəbdən o, iki ay yaşıl meydanlardan uzaq qalacaq.