İspaniya

“Real” Mbappe ilə bağlı bəyanat yaydı

“Real”ın hücumçusu Kilian Mbappe tibbi müayinədən keçib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bu gün “Real”ın tibb xidməti oyunçumuz Kilian Mbappeni müayinə etdikdən sonra onun sol ayağında bud nahiyəsindən zədə aşkarlanıb. Vəziyyətini klubun həkimləri qiymətləndirəcək”, – məlumatda deyilir.

Kilian Mbappe Çempionlar Liqasının 6-cı turunda “Atalanta” ilə matçda (3:2) zədələnib və 35-ci dəqiqədə əvəzlənib. Buna qədər fransalı qol vurmağı bacarıb.

Aut.az