“Barsa”nın futbolçusu agentlərinə tapşırdı: təklifləri araşdırın
Yay transfer pəncərəsi zamanı yarımmüdafiəçi Mark Kasado “Barselona”dan ayrıla bilər.
Aut.az “La SER”ə istinadən xəbər verir ki, Mark Kasado agentlərə gələn təklifləri nəzərdən keçirməyi tapşırıb. Qeyd olunur ki, 22 yaşlı Kasado oyun praktikasının azlığı səbəbindən klubunu dəyişmək ehtimalını ciddi şəkildə nəzərdən keçirir. 2025/2026 mövsümündə Mark Kasado “Barselona”da 29 rəsmi oyunda iştirak edib. Bu oyunlarda yarımmüdafiəçi bir məhsuldar ötürmə edib.
Aut.az
