Alonso qovulsa, onlardan biri “Real”ı çalışdıracaq
“Real” Xabi Alonso istefaya göndərildiyi təqdirdə baş məşqçi postuna namizədləri artıq müəyyənləşdirib.
Aut.az xəbər verir ki, “El Mundo”nun məlumatına görə, “kral klubu” iki mütəxəssisi nəzərdən keçirir. Bunlar fransız Zinəddin Zidan və alman Yurgen Kloppdur.
Xabi Alonsonun “Real”dakı taleyi Çempionlar Liqasında “Mançester Siti” ilə oyunun nəticəsindən asılı olacaq. Məğlubiyyət halında ispaniyalı mütəxəssis klubdan göndəriləcək.
Qeyd edək ki, La Liqanın son beş oyununda “Real” yalnız bir qələbə qazanıb və nəticədə turnir cədvəlində ikinci yerə düşüb. “Mançester Siti” ilə qarşılaşma ümumi mərhələnin 6-cı turu çərçivəsində 10 dekabrda keçiriləcək.
Aut.az
