Alonso Vinisiusla Mbappedən tələb etdi: Bunu etməlisiniz
“Real Madrid”in baş məşqçisi Xabi Alonso futbolçularla söhbətdə yaxşı əlaqələndirilmiş müdafiə oyununun vacibliyindən danışıb.
Aut.az xəbər verir ki, ispan mütəxəssis qeyd edib ki, komandasının bütün futbolçuları müdafiədə çox çalışmalıdır.
“Hamımız müdafiə olunmalıyıq, meydandakı 11 oyunçunun hamısı iştirak etməlidir. Onlar görməlidirlər ki, necə pressinq etmək istəyirik, biz hamımız bunda iştirak etməliyik – Vini, Cud, Fede, Kilian. Müdafiə sıx olmalıdır, nə qədər az yer olsa, bir o qədər yaxşıdır. Biz də bunun üzərində işləyirik”, – ESPN Alonsodan sitat gətirib.
Aut.az
