İndi mənə axmaqcasına gülürsünüz? – Bu suala görə qəzəbləndi
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 2025-ci ildə beşinci çempion titulunu qazana bilməməsinə İspaniya Qran Prisində itirdiyi xalların səbəb olduğu ilə bağlı jurnalistlərin iddialarına cavab verib.
Aut.az xəbər verir ki, həmin vaxt Ferstappen Corc Rasselin “Mercedes”i ilə toqquşub və beşinci yer əvəzinə onuncu yeri tutub.
“Bu mövsüm baş verən digər hadisələri unudursunuz. Xatırladığınız yeganə şey Barselonada olandır.
Bunun belə olacağını bilirdim. İndi də mənə axmaqcasına gülürsünüz? Bilmirəm. Bu, yarışın bir hissəsidir. Siz yaşayırsınız və öyrənirsiniz.
Çempionluq 24 yarış üzərində qazanılır. Mən də mövsümünün ikinci yarısında çoxlu erkən Milad hədiyyələri aldım. Bununla bağlı da sual vermək lazımdır”, – Ferstappen bildirib.
Aut.az
