“Liverpul” Salahla bağlı şok qərar verdi
Məhəmmd Salah “Liverpul”un İtaliyaya səfər edəcəyi Çempionlar Liqası matçında “İnter”ə qarşı iştirak etməyəcək.
Aut.az xəbər verir ki, bu qərar klub rəhbərliyi və baş məşqçi Arne Slotun birgə razılığı ilə verilib. Salah tamamilə heyətdən kənarlaşdırılıb.
Bu dramatik qərar, Salahın verdiyi qalmaqallı müsahibədən cəmi 48 saat sonra gəlib. Həmin müsahibədə o, “Liverpul”u onu “avtobusun altına atmaq”da ittiham edib, Slotla münasibətinin tamamilə pozulduğunu bildirib və “kiminsə məni klubda görmək istəmir”, – deyə bildirib.
Mənbə bildirir ki, Salahın heyətdən kənarlaşdırılması açıq-aşkar intizam tədbiridir və baş məşqçi nüfuzunu bərpa etmək, həmçinin paltardəyişmə otağındakı birlikliyi qorumaq məqsədi daşıyır. Klub daxilində bir çoxları Salahın ictimai tənqidini hesablanmış və zərərli addım kimi qiymətləndirib, xüsusən də nəticələr sürətlə pisləşdiyi vaxt.
Misirli futbolçu Afrika Millətlər Kuboku üçün yığma komandaya qoşulmalı idi, bu da onun yaxın günlərdəki oyunlarda iştirakını şübhə altına alır.
Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının 5 oyunu üzrə doqquz xalla 13-cü yerdə qərarlaşıb.
33 yaşlı futbolçu son 3 oyunda ehtiyatda qalıb və indi avrokubokda kritik matçı buraxacaq.
