İspaniyaİtaliya

“Real”ın futbolçusu “Yuventus”la danışıqlara başladı

“Real” müdafiəçisi Antonio Rüdiger Turin “Yuventus”u ilə iki illik müqavilə imzalamaq üçün danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “TuttoSport” məlumat yayıb.

Məlumata görə, 33 yaşlı futbolçu Turin klubunun prioritet hədəfi olub. “Yuve”nin baş məşqçisi Luçiano Spalletti Rüdigerlə “Roma”dakı birgə işlərindən yaxşı münasibətlər saxlayır.

Bununla belə, madridlilərin baş məşqçisi Alvaro Arbeloa futbolçunun komandada qalmasını istəyir. “Tottenhem”in də Rüdigeri yayda azad agent kimi cəlb etməyi düşündüyü bildirilir.

2025/26 mövsümündə Rüdiger bütün turnirlər üzrə “Real”la 17 matç keçirib və 1 qol vurub. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Aut.az