İspaniyaDünya futbolu

“Golden Boy” mükafatı onun olacaq – 95% səs toplayıb

“Real”ın futbolçusu Cud Bellinqem “Golden Boy” (Qızıl oğlan) mükafatının qalibi olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Jurnalistlər arasında aparılan sorğuda əksəriyyəti – 95%-i ingilis yarımmüdafiəçiyə səs verib.

Qeyd olunur ki, noyabrın 10-da Bellinqhem rəsmən 2023-cü ildə dünyanın ən yaxşı gənc futbolçusu kimi elan olunacaq. Dekabrın 4-də isə mükafatına sahib çıxacaq.

Qeyd edək ki, Cud bu mükafatı qazanan ilk “Real” oyunçusu kimi tarixə düşəcək.