İspaniya

İspaniya nəhəngləri keçmiş cinayətkarı izləyir

“Barselona” və “Atletiko” “Xetafe”də icarə əsasında çıxış edən Meyson Qrinvudu izləyir.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, La Liqa nəhəngləri 22 yaşlı futbolçunu gələn ilin yayında almaq imkanını nəzərdən keçirirlər. Sözügedən klublar buna görə “Xetafe” ilə deyil, müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”lə danışıqlar aparmalı olacaqlar.

Bu mövsüm hücumçu bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, sevgilisini döydüyü üçün həbs edilən Meyson ötən ilin azadlığa buraxılıb. Yaşadığı qalmaqalından sonra İngiltərədəki karyerasını bərpa edə bilməyib. Bu səbəbdən “Xetafe”yə üz tutub. Böyük ehtimalla o, bir daha İngiltərədə çıxış etməyəcək.