“Real”ın ulduzundan şok etiraf: 15 yaşıma qədər yerimi isladırdım
“Real”ın ulduz müdafiəçisi Antonio Ryudiger maraqlı etirafla gündəmə gəlib.
Aut.az xəbər verir ki, Antonio uşaqlıqda yaşadığı problemi açıqlayıb.
“15 yaşıma qədər yatağımı isladırdım. Bu doğrudur, burada belə bir şey yoxdur, amma bəzən yenə də utanırdım. Bu həyatdır, mən nə edə bilərdim? Bu problemin öhdəsindən necə gəldim? Sadəcə saat 20:00-dan sonra su içməyi dayandırdım və hələ də bunu edirəm”, – Ryudiger etiraf edib.
Antonio Ryudiger bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az
