Bu 3 nəhəngdən birindən təklif gəlsə…
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska Münhen klubundan ayrılmaq istəmir,
Aut.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Münhen klubu futbolçunun xidmətində maraqlı deyil. Qoretska isə yalnız “Barselona”, “Liverpul” və “Real” kimi komandalar üçün “Bavariya”nı tərk etməyə hazırdır.
Hazırda onunla MLS-in bir neçə klubu maraqlanır.
Qeyd edək ki, Qoretzka ötən mövsüm Bundesliqada “Bavariya”nın heyətində 30 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə verib. Almanın klubla müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.
Aut.az
