İngiltərə

Rəsmi: Premyer Liqa klubu onunla vidalaşdı

Londonun “Vest Hem” klubu 61 yaşlı şotlandiyalı mütəxəssis Devid Moyeslə yolları ayırır.

Aut.az xəbər verir ki, Moyes 2023/24 mövsümünün sonunda klubu tərk edəcək. Məhz o zaman Devidin müqaviləsi başa çatır. Rəhbərlik əməkdaşlığı yeniləməmək qərarına gəlib.

36 turdan sonra “Vest Hem” İngiltərə Premyer Liqasında 9-cu pillədə qərarlaşıb. Son turda “Çelsi”yə 0:5 hesabı ilə məğlub olan “çəkicdöyənlər” əvvəlki 4 görüşdə cəmi 1 xal qazanmışdı. Avropa Liqasında “Vest Hem” 1/4 finalda “Bayer”ə uduzaraq mübarizəni dayandərəb.

Devid Moyes 2019-cu ilin dekabrından “Vest Hem”i çalışdırır. Bu, onun kluba ikinci gəlişi idi. O, əvvəllər londonluları 2017-ci ilin noyabrından 2018-ci ilin iyununa kimi çalışdırıb. Ötən mövsüm Moyesin rəhbərliyi altında “çəkicdöyənlər” Konfrans Liqasının qalibi olub. Bu, klubun 1999-cu ildən bəri ilk kubokudur (o zaman “Vest Hem” İntertoto kubokunu qazanıb).

Aut.az