Dünya futbolu

Etiraf – Prezidentlik dövrümün ən vacib oyunu budur

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Çempionlar Liqasının yarımfinalında “Borussiya Dortmund” ilə cavab oyunundan gözləntilərini bölüşüb.

Aut.az xəbər verir ki, klub prezidenti bu oyunun onun karyerasında ən önəmli matç olduğunu etiraf edib.

“Sabahkı oyunun nəticəsindən asılı olmayaraq, komandamızla fəxr edirəm. Sabah biz Parisi, eyni zamanda Fransanı və dünyanın hər yerindən bütün azarkeşlərimizi təmsil edəcəyik.

Bu, bəlkə də, prezident vəzifəsinə gəldiyimdən bəri ən vacib matçdır, çünki bu, azarkeşlərimizin qarşısında Çempionlar Liqasının ilk yarımfinalı olacaq”, – Nasser deyib.

Aut.az