Modriç bu göstəricidə ikinci yerə yüksəldi
“Real”ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç milli komandanın heyətində keçirilən oyunlarda avropalı futbolçular arasında aydın ikinci yerə yüksəlib.
Aut.az xəbər verir kii, 39 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının 3-cü turunun Şotlandiya ilə oyununda (2:1) iştirak etməklə buna nail olub.
Modriç üçün bu görüş milli formada 181-ci olub. Beləliklə, o, yığmada ən çox oyun keçirən futbolçuların reytinqində Serxio Ramosu (İspaniya, 180) keçərək avropalı futbolçular arasında 2-ci yerə yüksəlib. O, yalnız Kriştiano Ronaldodan (Portuqaliya, 215) geri qalır.
Modriç ümumilikdə 8-ci yerdədir. 6-7-ci yerləri Həsən Əl-Haidus (Qətər) və Əhməd Mübarək (Oman) bölüşürlər – millidə hərəyə 183 oyun.
Aut.az
