MY Maquayrla bağlı yekun qərarını verdi
İngiltərə millisinin müdafiəçisi Harri Maquayr qışda “Mançester Yunayted”i tərk edə bilər.
Aut.az “Daily Star”a istinadən xəbər verir kiki, İngiltərə klubunun rəhbərliyi futbolçunu yanvarda satmağa hazırdır. Klub müdafiəçinin satışından 10 milyon funt-sterlinq əldə etmək niyyətindədir.
Maquayr 2019-cu ildə 80 milyon funt-sterlinqə “Lester”dən “Mançester Yunayted”ə keçib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 7-ci turunun matçında Harri zədələnərək bir neçə həftəlik yaşıl meydanlardan kənarda qalıb.
Aut.az
