Səudiyyədə möhtəşəm boks gecəsini Beterbiyev qazandı
Oktyabrın 12-dən 13-nə keçən gecə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) möhtəşəm peşəkar boks gecəsi baş tutub.
Aut.az xəbər verir ki, gecənin əsas döyüşündə WBA Super və IBO yüngül çəki dərəcələrinin sahibi rusiyalı Dmitri Bivol və onun həmyerlisi, bu çəkidə WBC, IBF və WBO versiyaları üzrə dünya çempionu Artur Beterbiyev üz-üzə gəlib.
Döyüş Beterbievin qələbəsi ilə başa çatıb. Beləliklə, Beterbiyev karyerasında titul döyüşlərində 10-cu qələbəsini qazanıb. Bundan əlavə, Beterbiyev ilk dəfə olaraq tanıtım xarakterli boks görüşlərində həmyerlisini məğlub edib.
Qeyd edək ki, bu döyüş Beterbiev üçünü IBF titulunun doqquzuncu, WBC-nin altıncı və WBO-nun üçüncü müdafiəsi olub.
Aut.az
