Qazaxıstanda qalmaqal: Oyun başa çatandan sonra qolu ləğv etdilər
Futbol üzrə Qazaxıstan kubokunda anlaşılmaz hadisə baş verib.
Aut.az xəbər verir ki, yarımfinalda “Tobol” – “Atırau” matçı 2:0 hesabı ilə başa çatsa da, oyundan sonra nəticə 1:0-a dəyişdirilib.
Sports.kz xəbər verir ki , matç başa çatdıqdan sonra Jaslan Jumaşevin vurduğu qol ləğv edilib.
Görüşün rəsmi protokolunda hesab 1:0 göstərilir. Eyni zamanda, görüşün video icmallarında ləğv edilməmiş ikinci qol görünür. Həmin qoldan sonra videotəkrara baxılmayıb və “Atırau” meydanın mərkəzindən oyuna başlayıb. Final fitindən sonra yayım 2:0 hesabı göstərib.
Bu cür hərəkətlər bu matça mərc edən insanlar arasında ciddi tənqidlərə səbəb olub, o cümlədən “Tobol”un ümumi qollarının 1,5-dən çox olmasına stavka edənlərin.
Qazaxıstan kubokunun “Atırau” – “Tobol” cavab oyunu iyunun 19-da keçiriləcək.
Aut.az
