Dünya futbolu

Messinin DÇ-2026 qərarı: Çox şəxsi olacaq

Messi hələ də DÇ-2026-da iştirak edib-etməmək barədə qərar verməyib.

Aut.az “Ole” nəşrinə istinadən xəbər verir ki, hazırda argentinalının dünya çempionatında oynayacağına 100% zəmanət yoxdur. Messi hadisələri qabaqlamamağa üstünlük verir və hazırda bütün diqqətini sentyabrın 5-də keçiriləcək dünya çempionatının seçmə mərhələsində Venesuela ilə matça cəmləyib.

38 yaşlı futbolçuya yaxın olanlar millidən getmək kimi qərarların mərhələli şəkildə veriləcəyini açıqlayıblar.

“Qərar çox şəxsi olacaq və o, lazım bildiyi zaman bunu edəcək” mənbə deyib.

Hələlik hər şey Messinin turnirdə oynamasına işarə edir. Argentina yığmasının baş məşqçisi  Lionel Skaloni və FİFA prezidenti Canni İnfantino buna əmindir. Bundan başqa, ABŞ prezidenti Donald Tramp da bunu istəyir.

Aut.az