Çempionlar LiqasıDünya futbolu

 Parisdə iğtişaşlar – Həbs olunanlar var

 Çempionlar Liqasının finalından əvvəl və oyun zamanı azarkeşlərlə polis arasında baş verən toqquşmalardan sonra Parisdə bir sıra həbslər baş verib.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, ən azı 20 nəfər saxlanılıb, onlardan on nəfəri nəzarətə alınıb.

Parisin rayonlarından birində naməlum şəxslər avtobus dayanacağına zərər vurublar. “Parc des Princes” stadionunun yaxınlığında gərginlik yaranıb. İğtişaş polisi izdihamı nəzarətdə saxlamaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Şanzelize küçələrində də gözyaşardıcı qaz qumbaralarından istifadə edilib. Hakimiyyət orqanları şəhər mərkəzində əvvəlcədən gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. Bütün mağazalar erkən bağlanıb. Zəfər Tağı ətrafındakı ərazi ziyarətçilər üçün tamamilə bağlanıb, ətraf ərazidə avtomobillərin hərəkəti qadağan edilib və təxminən on iki metro stansiyası müvəqqəti olaraq bağlanıb.

Aut.az