Ronaldo KDÇ-də iştirak etməyəcək? – Rəsmən açıqladı
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ABŞ-da keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.
Aut.az xəbər veirr ki, 40 yaşlı futbolçu bu qərarı turnirdə çıxış edəcək bir neçə klubun marağına baxmayaraq belə qərar verib:
“Bu, demək olar ki, qəti qərardır. Mən klublararası dünya çempionatında iştirak etməyəcəyəm, baxmayaraq ki, çoxsaylı dəvətlər və təkliflər almışam. Müzakirələr, təmaslar oldu, amma biz qısa, orta və uzunmüddətli perspektivlərlə düşünməliyik”.
Xatırladaq ki, portuqaliyalı hücumçunun müqaviləsi 30 iyunda başa çatmasına baxmayaraq, “Əl-Nəsr”lə yeni sözləşmə barədə razılığa gəldiyi bildirilir.
Aut.az
