Qızları İkardi ilə əlaqəni kəsdi
“Qalatasaray”ın hücumçusu Mauro İkardinin qızları ataları ilə əlaqəni kəsmək qərarına gəliblər.
Aut.az xəbər verir ki, öncə argentinalının doqquz yaşlı qızı İzabella bu qərarı verib, onun ardınca on yaşlı Françeska da eyni addımı atıb.
Françeska həmçinin onuncu ad gününü qeyd etmədiyi üçün onu bağışlaya bilməyəcəyi üçün İkardi soyadını daha daşımaq istəmədiyini də bildirib.
Jurnalist Françeskanın mümkün sözlərini sitat gətirib: “Atamla daha danışmaq istəmirəm. Onun etdiklərini bəyənmirəm. Onunla hələ də danışan tək mən olmuşam, çünki qardaşlarım və hətta İsi belə danışmayıb və o, indi də özünü belə aparır”.
Xatırladaq ki, Mauro qızların anası Vanda Nara ilə 2025-ci ilin martında boşanıb.
Aut.az
