Dünya futbolu

20 illik sevgilisinə buna görə evlilik təklif etmir – FOTO

Sabiq futbolçu Zlatan İbrahimoviç sevgilisi Helena Seqerin onun evlilik təklifini rədd etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə isveçlinin özü məlumat verib:

“Mən təklif etdim. Amma “yox” dedi. Bu, bir neçə il əvvəl idi, 20 il sonra dedim ki, mənimlə evlənməyə layiqsən. O, güclüdür, çox güclüdür”.

20 illik sevgilisinə buna görə evlilik təklif etmir - FOTO

İbradan növbəti cəhd edib-etməyəcəyini soruşduqda o, birmənalı cavab verib:

“Bir daha bunu soruşmayacağam, onun bir şansı var idi. iİkinci şansı olmayacaq. Amma onun məndən iki oğlu var, ona görə də bu, evli olmaqdan daha vacibdir”.

20 illik sevgilisinə buna görə evlilik təklif etmir - FOTO

İbrahimoviçdən 11 yaş böyük olan Helena İsveç əfsanəsiylə parkinq zamanı onun avtomobilinin qarşısını kəsdikdən sonra tanış olub. Cütlük 2002-ci ildən birlikdədir. Onların 16 yaşlı Maksimilian və 14 yaşlı Vinsent adlı iki oğlu var. (Publika.az)

20 illik sevgilisinə buna görə evlilik təklif etmir - FOTO