Siyahıda 5 nəfər var: Əsas namizəd Kontedir
“Sevilya” rəhbərliyi komandanın baş məşqçisi postuna Antonio Kontenin namizədliyini nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hazırda 5 mütəxəssisdən ibarət siyahı tərtib edilib. Bu mütəxəssislər arasında Andoni İraola, Xavi Qarsiya, Marselino Toral, Andre Villaş-Boaş və Antonio Konte də var. Qeyd olunur ki, “Sevilya” rəhbərliyi Xose Luis Mendilibarın istefasından sonra 24 saat ərzində kimin komandanın yeni baş məşqçisi olacağı ilə bağlı qərar vermək niyyətindədir.
Xatırladaq ki, dünən, oktyabrın 8-də “Sevilya” 62 yaşlı mütəxəssisin mövsümün əvvəlində qeyri-qənaətbəxş nəticələr göstərdiyi üçün komandanın baş məşqçisi vəzifəsindən qovulduğunu açıqlamışdı.
Aut.az
