“Barselona”ya bəd xəbər: Onun üçün mövsüm bitdi
“Barselona”nın yarımmüdafiəçisi Frenkie de Yonq cari mövsümün qalan matçlarında oynamayacaq.
Aut.az xəbər verir ki, niderlandlı futbolçu ötən gün Real Madridlə oyunda (2:3) topuq nahiyəsindən zədə alıb. Tibbi müaiyinədən keçən futbolçu üçün mövsümün başa çatdığı bildirilib.
Eyni zamanda, həkimlər Frenkinin Avropa çempionatına qədər sağalacağını istisna etmirlər.
Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Niderland millisi qrup mərhələsində Fransa, Avstriya və Polşa komandaları ilə mübarizə aparacaq.
Aut.az
