Çempionlar Liqasıİspaniya

“Real” ÇL-də zərər etdi: Neçə milyon itiriblər?

“Real” Çempionlar Liqasının ümumi mərhələsinin yekunlarına görə 9,2 milyon avro zərər edib.

Aut.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Madrid klubunun əsas mərhələyə görə qazandığı mükafat pulu 39 milyon avro təşkil edib. Bu məbləğin 18,62 milyon avrosu turnirdə iştirak üçün, 10,5 milyon avrosu 5 qələbəyə görə, təxminən 9 milyon avrosu cədvəldə 9-cu yerə görə, 1 milyon avrosu isə 1/16 finala yüksəlməyə görə verilib.

“Liverpul”, “Mançester Siti” və “Benfika”ya məğlubiyyətlər “kral klubu”nu əlavə 6,3 milyon avro qazanmaq imkanından məhrum edib. Bundan başqa, son turda cədvəldə 3-cü yerdən 9-cu yerə geriləmək “Real”a daha 1,9 milyon avro itki yaşadıb. 1/8 finala birbaşa çıxış isə kluba əlavə 1 milyon avro qazandıra bilərdi.

Qeyd olunur ki, əgər Madrid təmsilçisi pley-in mərhələsində, rəqibi “Benfika” olacaq qarşılaşmada turnirdən kənarlaşdırılarsa, daha 11 milyon avro gəlirdən də məhrum olacaq.

Aut.az