Tarixi uğura imza atdı
“Dallas”ın oyunçusu Kayri İrvinq Milli Basketbol Assosiasiyasının pley-off mərhələsində tarixi uğura imza atıb.
Aut.az xəbər verir ki, 32 yaşlı avstraliyalı, liqanın pley-off oyununda bir hissədə 20+ xal toplayan və bütün atışlarda dəqiq olan ilk basketbolçu olub.
Aprelin 22-nə keçən gecə “Dallas” NBA Qərb Konfransının pley-off mərhələsinin 1/4 final mərhələsinin ilk oyununda “ Klippers”ə 97:109 hesabı ilə uduzub.
Komandaların ikinci görüşü aprelin 24-nə keçən gecə baş tutacaq.
Aut.az
