Ulduz oyunçunun bacısı öldürüldü
“Minnesota Timbervolvs”un böyük oyunçusu Naz Riddin böyük bacısı Naza Ridd Nyu Cersidəki yaşayış kompleksinin yaxınlığında atəş açılaraq öldürülüb.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Məlumata görə, Naza sevgilisi Şakil Grin tərəfindən qətlə yetirilib. Şakilə qətl, qanunsuz silah saxlama və silahın qanunsuz məqsədlər üçün saxlanması ittihamları irəli sürülüb. Polis hadisə yerinə çatanda cinayətkar qaçmağa çalışıb.
Keçən mövsümdə Naz Ridd 80 normal mövsüm oyununda iştirak edib, ortalama 14,2 xal, 6 top qoparma və 2,3 ötürmə göstərib. Komanda ilə birlikdə Şərq Konfransı play-off finalına yüksəlib, beş oyunda gələcək çempion “Oklahoma”ya məğlub olub.
Aut.az
