Basketbol

“Leykers”in keçmiş sahibi Lebronun gələcəyi haqda: Bəlkə də…

“Los Anceles Leykers”in keçmiş sahibi Cini Buss Lebron Ceymisin komandadakı gələcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

Aut.az xəbər verir ki, “X”-də “Fullcourtpass” hesabında Bassın sözləri sitat gətirilib: “Qərar onun olacaq, o, azad agentdir və əminəm ki, bütün variantlarını nəzərdən keçirəcək. Ya da yox. Bəlkə də sadəcə sakitcə getmək istəyir”.

Xatırladaq ki, Ceymsin 2026-cı ilin yayında məhdudiyyətsiz azad agent olmaq imkanı olacaq. O, əvvəllər oyunçu seçimindən istifadə etmiş və 2025-26 mövsümündə 52,6 milyon dollar maaşla “Lekers”də qalmışdı, lakin agent Riç Polun sözlərinə görə, müqaviləsini daha da uzatmağı planlaşdırmır.

Aut.az