Basketbol

Cordanın atasının qatili sərbəst buraxıla bilər: Ona ömürlük həbs verilmişdi

1996-cı ildə əfsanəvi basketbolçu Maykl Cordan Ceymsin atasının qətli üzrə məhkəmə prosesinə sədrlik edən Şimali Karolina ştatının (ABŞ) hakimi Qreqori Uiks bu işdə mühakimə olunan Daniel Qrin haqqında ştatın şərti azadlığa buraxılma şurasına müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Uiks Qrinin azadlığa buraxılması üçün ərizəni sözügedən quruma artıq təqdim edib. Ömürlük həbs cəzasına məhkum edilən Danielin azadlığa buraxılıb-buraxılmayacağı bəlli deyil.

Cordanın atası 1993-cü ildə quldurluq zamanı öldürülüb. Qrindən əlavə Larri Demeri də günahkar bilinib. Hər ikisi ömürlük həbs cəzası alıblar.

Nəşrin yazdığına görə, işdə yeni faktlar təqdim oluna bilər və ittiham tərəfinin əsaslandığı Demerinin ifadəsi şübhə altına alına bilər. Qrin iddia edirdi ki, o, yalnız Demeriyə Cordan Sr.-nin cəsədindən qurtulmağa kömək etməyə razılaşıb, onu öldürməyib.

Aut.az