“Yunayted” Milad tədbirlərini də ləğv etdi: Nə baş verir?
“Mançester Yunayted xərcləri azaltmaq səylərinin bir hissəsi olaraq Milad bayramı tədbirini ləğv etmək qərarına gəlib.
Aut.az xəbər verir ki, klubdan bildirilib ki, qış tətili şərəfinə keçirilən tədbir ləğv edilib. Bu tarix şərəfinə təşkil edilən bayram məclisləri də eyni aqibəti yaşayıb.
Bundan əlavə, rəhbərlik digər qeyri-populyar tədbirlərlə bağlı da qərar verib: heyət üçün bəzi matçlara pulsuz səfərlər, pulsuz naharlar, əlavə biletlər və oyundan sonrakı əyləncələr ləğv edilib.
“Mançester Yunayted”in ötən mövsüm üçün maliyyə hesabatında 150 milyon funt sterlinq zərər göstərilib. Komanda rəhbərliyi ümid edir ki, gördüyü tədbirlərlə yaxın illərdə qazanc əldə edə biləcək.
Aut.az
