Basketbol

Əfsanədən sonra bunu bacaran ilk oyunçu oldu

“Dallas”ın hücumçusu Kuper Fleqq NBA-nin müntəzəm çempionatında “Klippers”ə qarşı keçirilən oyunda 35 xal və 8 ribaundla yadda qalıb.

Aut.az xəbər verir ki, matç “Dallas”ın 114:110 hesablı qələbəsi ilə başa çatıb.

NBA-nın mətbuat xidmətinin məlumatına görə, Fleqq 18 yaşında NBA matçında 30 və daha çox xal toplayan ikinci basketbolçu olub. Buna qədər belə nəticə yalnız Lebron Ceymsə məxsus idi.

Amerikalı basketbolçu liqada debüt mövsümünü keçirir. O, 2025-ci il draftında birinci seçimlə götürülüb.

2025/26 mövsümündə Fleqq 20 oyunda orta hesabla 16,7 xal, 6,6 ribaund və 3,5 ötürmə ilə oynayır.

Aut.az